Əhmədinejat: "Ölkəni korrupsiya bürüyüb, danışanın ağzından vurursunuz"

Əhmədinejat: "Ölkəni korrupsiya bürüyüb, danışanın ağzından vurursunuz"
25 Noyabr 2019
Mətni dəyiş

İranın keçmiş prezidenti Mahmud Əhmədinejat keçən həftə ölkədə benzinin qiymətinin 3 dəfə qaldırılmasına görə başlanmış kütləvi nümayişlərə öz dəstəyini açıqlayaraq etirazları yatırtmağa çalışan prezident Həsən Ruhani, Ali Məhkəmənin sədri İbrahim Reisini və digər dövlət məmurlarını sərt tənqid edib.

Əhmədinejad qeyd edib ki, Ruhani dövründə korrupsiya 10 dəfə artıb və bu xalqı yoxsullaşdırıb. Xalq bu vəziyyətə dözməli deyil.

"Görün siz bu ölkənin başına nələr gətiribsiniz, danışanı susdurursunuz, ağzından vurursunuz, yerinə oturdursunuz. İnsanlar alçaldılır və təhqir olunur" - deyə Əhmədinejat öz Tvitter səhifəsində yaydığı videomüraciətdə deyib.

Ruhani, Reisi və digər yüksək rütbəli dövlət məmurlarına üz tutan Əhmədinejat deyib ki, ölkə hamınındır.

"Siz bu ölkənin sahibisinizmi? Çox açıq şəkildə deyirəm, millət bu vəziyyətdən qətiyyən razı deyil. Xalq başqa təşkilatlardan da narazıdır. Amma xüsusilə hökümətə nifrət edir".

Xatırladaq ki, İranda bir həftə öncə başlanmış benzin etirazlarından sonra ölkəboyu mitinqlər başlamış. Bir neçə günlüyünə ölkədə internet bağlanılmışdı.

'Amnesty İnterantional'ın məlumatına görə, etirazlar vaxtı İranda 115 nəfər öldürülüb. Minlərlə insan həbs olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun