29 Oktyabr 2019
Mətni dəyiş
Almaniya kansleri Angela Merkel Dünya Yəhudi Konqresi tərəfindən verilən Teodor Herzl mükafatını Münhendə təşkil olunmuş mərasimdə alıb.
Dünya Yəhudi Konqresinin rəhbəri Ronald Lauder mərasimin açılışında etdiyi çıxış zamanı kanslerdən Almaniyadakı irqçi partiyaların qadağan edilməsi ilə bağlı rica edib. O deyib ki: "Neonasizm ideyalarını dəstəkləyən partiyaların qadağan edilməsini istərdik. Ausvisdən 75 il sonra hələ də yəhudi düşmanlığı armağa davam edir. Artıq hərəkətə keçmək lazımdır".
Lauder həmçinin Almaniyadakı bütün partiyalara müraciət edərək yəhudi düşmanlığı edənlərlə münasibətləri kəsməyə çağırıb. Lauder həmçinin antisemitizmə görə cəzaların artırılması, bütün sinaqoq və yəhudilərin tolandıqları yerlərin polis tərəfindən qorunmasını istəyib. Dünya Yəhudi Konqresinin rəhbəri Almaniyanın Halle şəhərində üç həftə bundan öncə irqçi hücuma məruz qalmış sinaqoqun polislər tərəfindən qorunmadığını sinaqoqun hücumdan ancaq qapısının bağlı olduğu üçün qurtulduğunu dilə gətirib.