2 Oktyabr 2019
Mətni dəyiş
Bu yaxınlarda Vergilər Nazirliyinin internet səhifəsi yenilənəndən sonra kommersiya hüquqi şəxslərin reyestrindən bəzi şirkətlər barədə məlumatlar əlçatmaz olub.
Azərbaycanda şirkətlərin reyestr məlumatları açıqdır. İstisna yalnız təsisçilərin adları və onların şirkətdəki pay iştirakıdır. Lakin kommersiya hüquqi şəxslərin axtarış sisteminin ünvanı dəyişəndən sonra bəzi şirkətlər barədə hətta onların adı və eyniləşdirmə nomrələri kimi sadə məlumatlar da təqdim olunmur. Aşağıdakı aktiv hüquqi şəxslərin axtarışı zamanı "Belə vergi ödəyicisi mövcud deyil" məlumatı verilir