30 Oktyabr 2019
Mətni dəyiş
Ukraynanın xarici işlər naziri Vadim Pristayko bəyan edib ki, Ukrayna ordusunun münaqişə zonası olan Luqanskidəki hissələri qismən də olsa geri çəkilir. Nazir deyib ki, ""normand formatında" razılaşdırılmış hissələrdə ukrain hərbi birləşmələri geri çəkilməyə hazırlaşır. Luqanskinin Zolotoe qəsəbəsindən ukrain ordusu bu dəqiqə geri çəkilməkdədir. Biz bu gündən başlayırıq. Beləliklə birbaşa üzbəüz mövqelərdən ordunun çəkilməsi başlanılıb" - Bu haqda nazir Pristayko bu gün Mariupolda jurnalistlərə deyib.
Nazirin sözlərinə Zolotoe qəsəbəsindən sonra Petrovski qəsəbəsində də atəşkəs rejimi tətbiq ediləcək. Orduların geri çəkilməsi ATƏT-in xüsusi missiyası tərəfindən monitorinq edilərək təsdiqlənəəck. Donbass münaqişəsinin tərəflərinin hərbi qüvvələri geri çəkməsi Rusiya, Ukrayna, Fransa və Almaniyanın "normand formatında" keçirdiyi sammitin əsas şərtlərindən biri idi.
Ukraynanın münaqişə baş vermiş şərq hissəsinə qurulmuş "Luqanski xalq respublikası"nın təmsilçisi Rodion Miroşnik də ərazidən hərbi qüvvələrin çıxarılmasını təsdiqləyib. Digər tərəfdən seperatçı qüvvələrin təmsilçiləri ukrain ordusunu Petrovski qəsəbəsində atəşkəsi pozmaqda ittiham edib.
Ukrayna höküməti ilə Donbas seperatçıları arasında geri çəkilmə ilə bağlı razılaşma oktyabrın 1-dən başlanıb. İlkin razılaşmaya görə hər iki tərəf Zolotoye və Petrovksidən hərbi birləşmələri çıxartmalıdır. Xatırladaq ki, Ukraynanın Donbas bölgəsində bir neçə ildir davam edən hərbi münaqişədə 13 min insan həlak olub.