18 Oktyabr 2019
Mətni dəyiş
ABŞ vitse-prezidenti Mayk Pens Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra verdiyi açıqlamada Türkiyə ilə ABŞ-ın Suriya müharibəsinə atəşkəslə bağlı razılığa gəldiklərini deyib. Təqribən dörd saat yarım davam edən ikili və heyətlər arası görüşlərdən sonra açıqlama edən Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ABŞ-da gəlinən razılığın atəşkəs adlandırılmasının doğru olmadığı deyib. "Biz YPQ qüvvələrinin geriyə çəkiməsi üçün "Barış Pınarı" hərakatına ara veririk" - deyə nazir bildirib.
Görüşdən sonra jurnalistlərlə danışan ABŞ vitse prezidenti deyib ki, 120 saat içərisində YPQ sərhəddin 20 mil cənubuna doğru çəkiləcək, beləcə əgər Suriyada sülh davamlı olsa ABŞ Türkiyəyə sanskiyalar tətbiq olunmayacaq.
"Kobani xalqına qarşı hərbi əməliyyat keçirməməklə" bağlı uzalaşma əldə olunduğunu deyən Pens Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılması üçün də səylər göstərdiklərini deyib. Pence Türkiyə ilə gəlinən razılıqdan sonra Suriyada zorakılığın qarşısının alındığını deyib.