9 Oktyabr 2019
Mətni dəyiş
Türk ordusunun hissələri Suriyanın şimal-şərqinə doğru irəliləməyə başlayıb. Hərbçilər Ankaranın "təhlükəsiz bölgə" yaratmağa çalışdığı zonada əməliyyatlar aparmağı planlaşdırır. Hərbçilər həmçinin bölgəyə yerləşmiş kürd yaraqlılarını ərazidən uzaqlaşdırıb Suriya sərhəddlərindən kənara atmağa çalışacaq.
Digər tərəfdən Türkiyənin kürdlərə qarşı bir əməliyyat aparmaq hədəfi ilə başladığı hərakat Avropa Birliyini Suriyadan yeni mühacir dalğasının gəlməsi ehtimalı ilə qayğılandırmağa başlayıb. Lüksenburqun Xarici İşlər Naziri Asselborn bu mövzuda danışarkən Türkiyənin Suriyanın şimalında yaradacağı təhlükəsiz bölgəyə xaricdə olan mühacir suriyalıların yerləşdirilməsi gərəkdiyini də dilə gətirib.
Lüksenburqda birgə açıqlama verən Yunanıstan, Bolqarıstan və Kiprin rəsmiləri Aralıq dənizi vasitəsilə Avropaya gəlmək istəyən qaçqınların may ayından bəri yüzdə 240 faiz artdığını da bəyan ediblər. Lüksenburqlu nazir Türkiyənin aparacağı əməliyyatların suriyalıları öz ölkələrinə qayıtmaq istəyi yerinə Avropaya yönləndirə biləcəyindən narahatlığını bildirib. O deyib ki: "Təsəvvür edin ki, Türkiyədə mühacirsiniz, Suriyada da mühacirsiniz və günlərin bir günü Suriyanın şimal-şərqinə göndərilmə riskiniz var. Bu Avropaya qarşı yeni bir dalğanın başlamasına səbəb olacaq".