11 Oktyabr 2019
Mətni dəyiş
Dünyanın ən prestijli mükafatlarından biri olan Sülh üzrə Nobel mükafatının bu ilki sahibi açıqlanıb. Mükafat Afrikada Eritreya ilə 20 illik müharibənin bitirilməsində səylərinə görə Efiyopiya prezidenti Abiy Ahmed-ə verilib.
Efiyopiya ilə Eritreya 20 ildir sərhədd probleminə görə münaqişədədir və münaqişə üzündən çox sayda adam həyatını itirib. İki ölkə 2018-ci ilin sentyabr ayında illərdir davam edən düşmənçiliyə son verərək münasibətlərini yenidən bərpa ediblər.
Nobel Komitəsinin rəhbəri Beri Reiss-Andersen "Nobel mükafatı Efiyopiya prezideninə uzlaşma və sülh uğrunda səylərini gücləndirəcəyinə inandıqlarını" - deyib.
Nobel tarixində 100-cü sülh mükafatını sahibi olan Abiy Ahmed mükafatı almağa namizəd olan 223 nəfər və 78 təşkilatın arasından seçilib.
Bu il mükafata namizəd olan 16 yaşlı isveçli ətraf-mühit aktivisti Greta Thunberg mükafatın favoritlərindən biri kimi göstərilirdi. Greta Thunberg son dəfə BMT-nin "İqlim Hərakatı Zirvəsi"ndə çıxış edərək dünyanın 60 ölkəsinin rəhbərinə müraciət etmişdi. Emosional çıxışı ilə diqqəti çəkən Thunberg: "Boş sözlərinizlə mənim xəyallarımı, uşaqlığımı oğurladınız" - demiş və dünya liderlərini iqlim dəyişikliyi ilə bağlı təcili addımlar atmağa çağırmışdı.
Amazon meşələrini qorumaq üçün illərdir fəaliyyət göstərən braziliyalı yerlilərin lideri Raoni Meuktir və Yeni Zellandiyadakı Kristçörçdə məscidinə hücum zamanı göstərdiyi davranışlarına görə bu ölkənin baş nazirir Jakinda Ardem də mükafatı qazanmağa ən real namizədlər idi.