4 Oktyabr 2019
Mətni dəyiş
Rusiya məhbusların sayına görə Avropada liderdir. 2019-cu il iyul ayının 1-nə olan məlumata görə Rusiya Federasiyasında həbsxanalarda 543 mindən çox insan məhbusluq həyatı yaşayır. İkilikdə əhalisinin sayı Rusiyanınkına bərabər olan Almaniya və Fransanın ikisində birlikdə məhbusların sayı 200 min nəfərdən çox deyil. Bu haqda bu gün "Ümumrusiya Vətəndaş Formu" təşkilatı öz hesabatına bildirib.
Məlumata görə Rusiyada hər 100 min nəfər əhaliyə 374 nəfər məhbus düşür. Avropada isə bu təqribən 3 dəfə az, 102 nəfərdir. Hesabat müəlliflərinin fikrincə belə vəziyyətin səbəbi sərt cinayət qanunvericiliyidir. Belə ki, Rusiya qanunvericiliyi cərimə və digər növ inzibati cəzalardansa daha çox azadlıqdan məhrumetməyə üsünlük verir. Hətta tərkibində zorakılıq olmayan cinayətlərə görə belə həbs cəzaları verilir.
Statistikaya görə hər il Rusiyada 200 min insan azadlıqdan məhrumedilir. Özü də həbs olunanların cəmi 24 faizi üç ilə qədər həbsə salınır, əksəriyyəti isə daha uzun müddətliyə həbs olunur. Avropada isə həbs olunanların 40 faizi üç ildən az həbs cəzası alır.
"ÜVF" təşkilatının hesabatında deyilir ki, Rusiyada həbsdə olanların 28 faizi narkotika ilə bağlı cinayətlərə görə məhkum olunub. Bu insanların əksəriyyəti narkotika istifadəçiləridir. Rusiyada narkotikaya görə həbs olunanlar adam öldürmə və oğurluğa görə həbs olunanlardan çoxdur. Hal-hazırda Rusiya qanunvericiliyinə görə narkotika əldə etmək, daşımaq və saxlamağa görə 15 ilə qədər həbs, narkotika istehsalı və satışına görə isə ömürlük həbs nəzərdə tutulub.
Rusiya həbsxanalarının ümumi büdcəsi Avropadakı həbsxanalarınkından qat-qat çoxdur. Di gəl ki, Rusiyada bir məhbusun saxlanılması Avropadakından 50 dəfə ucuza başa gəlir.
Hesabat müəlliflərinin fikrincə əmək qabiliyyətli adamların çatışmadığı bir iqtisadi şəraiti olan və demoqrafik problemlər yaşayan Rusiyada 580 minə yaxın, əsasən əmək qabiliyyətli insanı həbsdə saxlamaq hökümətin səriştəsizliyidir