Cənubi Qafqazdakı rus ordusu Gürcüstanın işğal olunmuş Xaşuri rayonundan daha iki kəndin ətrafından qeyri-qanuni çəpər çəkib.
Gürcüstanın Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, dünən (14 oktyabrdan - red.) gecədən başlayaraq işğalçı rus ordusu Çorçanı və Çaqvli kəndlərinin ətrafında tikanlı məftillər quraşdırıb.
1tv.ge portalında yerlə alan məqalədə deyilir ki, bununla belə Gürcüstan Milli Təhlükəsizlik Xidməti çəpərlənən iki kəndə yaxın Kobi kəndinin hələlik çəpərlənmədiyini bildirib.
Rus orudusunun işğalçı əməllərindən sonra MTX "qaynar xətt"ini aktivləşdirib və Avropa Şurasından olan müşahidəçi missiyasını məlumatlandırıb.
Xatırladaq ki, ərazidə gərginlik 2019-cu ilin avqustundan başlayıb. Həmin vaxt gürcü polisi Gürcüstanın nəzarət etdiyi ərazidə, Çorçana kəndində nəzarət buraxılış məntəqəsi açmışdı.
Bundan sonra tanınmamış Cənubi Osetiya rejimi rəsmi Tbilisini qurduğu polis postunu bağlamağı tələb etmişdi.