7 Oktyabr 2019
Mətni dəyiş
Moskva şəhərinin sakini Alyona Popova Svelovsk rayonu məhkəməsinə üztanıyan müşahidə kameraların qanunsuz sayılmağını tələb edən şikayət ərizəsi ilə müraciət edib. Rusiya mediasında səs-küyə səbəb olmuş məhkəmə işi, insan hüquqları fəallarını da hərəkətə keçirib.
Popova ictimaiyyət üçün açıqlamasında deyib ki, vətəndaşın özünün yazılı razılığı olmadan onun biometrik məlumatlarının saxlanılması və işlənilməsi Konstitusiyanın şəxsi həyatın toxunulmazlığı normalarını kobud sürətdə pozmaq deməkdir.
2018-ci ildə məhkəmə Popovanı Dövlət Dumasının önündə mitinqdə iştirak etdiyi üçün 20 min rubl cərimələyib. Məhkəmədə insanın üzünü 32 dəfə böyüdə bilən ultra güclü küçə kameralarında qadının qeydə alınmış videoları göstərilmişdi. Popova bu halı üztanıyan kameraların küçələrdə qoşulduğuna sübut sayır.
Moskvada üztanıyan kameralar 2017-ci ildən etibarən quraşdırılmağa başlayıb və 2019-cu ilə qədər belə kameraların şəhər küçələrindəki kameraların ümumilikdə 40 faizini təşkil etməsi gözlənilir. İctimai fəalların hüquq müdafiəçili ilə məşğul olan "Roskomsvoboda" təşkilatı məhkəmə vasitəsilə bu kameraların qadağan edilməsinə nail olmaq istəyir.