"Rosatom" Ermənistandakı Atom Elektrik Stansiyasını Rusiya krediti ilə təmir edəcək

"Rosatom" Ermənistandakı Atom Elektrik Stansiyasını Rusiya krediti ilə təmir edəcək
25 Oktyabr 2019
Mətni dəyiş
Ermənistan öz elektrik enerjisi stansiyası olan Metsamor Atom Elektrik Stansiyasında əsaslı təmir işlərinə başlamağı qərara alıb. Bu haqda Metsamor AES-in baş direktoru Movses Vardanyan deyib. Vardanyan Sputnik radiosuna deyib ki, "Stansiyamızın soyutma kamerasını bizim Rusiyalı partnyorlar - yəni "Rosatom" müəssisəsi təmir edəcək. Axı bizim "VVER-440" markalı sovet atom reaktorları məhz onlara daha tanışdır". Vardanyanın sözlərinə görə Metsamor AES-in işləmə dövrünü 2027-ci ilə qədər artırmaq üçün onun maşın zalı, generatorları, turbinləri, slindirləri və köməkçi şəbəkələri "Rosatom" tərəfinən bir neçə il ərzində təmir ediləcək. Təmir işləri üçün Rusiya höküməti Ermənistana 270 milyon dollar güzəştli kredit və 30 milyon dollar qrant ayıracaq. Atom stansitası Ermənistan əhalisinin istifadə etdiyi elektrik enerjisinin üçdə birini verir. Stansiya təmir olunduqdan sonra isə öz gücündən 10 faiz artıq güclə işləyə biləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun