Oktyabrın 19-u NİDA-çı fəal, keçiş siyasi məhbus Qiyas İbrahimin anası Şura Əmiraslanovanın Polis bölməsinə aparılıb.
Bu barədə saytımıza Qiyas İbrahim açıqlama verib. Məlumata görə, Q.İbrahimin anası işə getmək üçün saat təxminən 08:00-da evdən çıxıb.
Bir müddət sonra anası zəng edərək bildirib ki, polis bölməsindədir.
Qiyasın İbrahim daha sonra atası Nizami Rayonu 25-ci Polis Bölməsinə getsə də, anasının orada olmadığını bildiriblər.
"Bir müddət sonra atama zəng etdim və o mənə dedi ki, anam həmin bölmədədir. Üstəlik, atamı da saxlayıblar. Polis idarəsindən nə istədiklərinə dair heç bir məlumat verilmir. Həmçinin anamın vəziyyəti pisləşib, onun üçün təcili yardım çağırıblar", - deyə siyasi fəal qeyd edib.
Qiyas İbrahim həmçinin evlərinin polislər tərəfindən mühasirəyə alındığını və polislərin bloklarının önündə gözlədiyini də bildirib.