23 Oktyabr 2019
Mətni dəyiş
Prezident İlham Əliyev oktyabrın 23-də imzaladığı sərəncamla Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilib.
İlham Əliyevin imzaladığı başqa bir sərəncamla Mikayıl Cabbarov Azərbaycanın iqtisadiyyat naziri vəzifəsinə təyin olunub.
Xatırladaq ki, prezident İlham Əliyev dünən, oktyabrın 24-də İqtisadiyyat naziri Şahin Mustafayevi vəzifəsindən azad edərək Baş Nazirin müavini təyin etmişdi.