9 Oktyabr 2019
Mətni dəyiş
İranın paytaxtı Tehran şəhərindəki Azadi stadionunda Kambociya ilə İran komandasının Dünya Kuboku yarışlarına ilk dəfə qadın tamaşaçıların futbol izləməyə icazə verilib.
Yaxın günlərdə keçiriləcək oyunun internetdən satışa çıxarılan biletləri cəmi bir neçə dəqiqəyə satılıb. İranın rəsmi İSNA xəbər agentliyi xəbər verib ki, stadionlarda qadınlar üçün xüsusi olaraq ayrılmış hissələrdə 3500 biletin satışa çıxarıldığı bildirib
Qadınların stadionda futbol oyununu izləmək hüquqlarını müdafiə edən "Açıq Stadyon" adlı qrup, qadınlar üçün ayrılan biletlərin əvvəldən xəbər verlmədən satışa çıxarıldığını, ancaq buna baxmayaraq sadəcə sosyal şəbəkələr üzərindən yayılan məlumatlardan sonra almağa başlayıblar, buna baxmayaraq bütün biletlər qısa müddətdə satılıb qurtarıb.
Beynəlxalq Futbol Federasiyayı Birliyi (FİFA) isə Reuters xəbər agentliyinə etdiyi açıqlamada bildirib ki, 5 min 600 bilet ayrıldığını ancaq tələblərin çox olmasına görə FİFA biletlərin sayını artırmağa qərar alıb. FİFA uzun illərdir qadınların futbol tribunalarında yer alması üçün İrana təzyiqlər göstərir.