24 Oktyabr 2019
Mətni dəyiş
İrandakı insan hüquqları pozuntularını izləyən BMT-nin müstəqil insan hüquqları eksperti Cavid Rəhman BMT-nin İnsan Haqqları Komitəsində çıxış edib. O deyib ki, əvvəlki illərlə müqaisədə İranda edam cəzaları azalsa da bu ölkə hələ də edamların sayına görə öndə gedir.
Rəhmanın sözlərinə görə keçən il İranda edam edilən 253 nəfərdən 7-si 18 yaşından kiçik uşaqlar olub. 2019-cu il başlayandan indiyə qədər İranda 173 nəfər edam edilib. İran həbsxanaların uşaq yaşlarda olan və edam cəzasına məhkum edilən şəxslərin sayı isə nə az, nə çox 90 nəfərdir. İnsan haqqları eksperti bu haqda məlumatı etibarlı mənbələrdən aldığını bildirib.
Bu il edam edilmiş 173 nəfərdən ikisinin 17 yaşdan kiçik uşaqlar olduğunu deyən BMT eksperti İranda uşaq edamlarının hələ də saxlanılmasını orta əsrlər qaydaları adlandırıb.
Bu yıl idam edilenlerden ikisinin 17 yaşında iki çocuk olduğunu kaydeden BM uzmanı, İran'da çocuklara karşı ölüm cezasının kullanılmasını eleştirdi.
Xatırladaq ki İranın edam qərarlarını insan haqqları təşkilatları başda olmaqda ölkədəki bəzi siyasətçilər özləri də tənqid edir. Xüsusilə, 18 yaşdan kiçik olan altı nəfər gəncin bu il edam cəzasına məhkum edilməsi və narkotika cinayətlərində görə hələ də ölüm cəzalarının verilməsi İran cəmiyyətində etirazla qarşılanır.
İran höküməti cəmiyyətdən də aldığı ictimai tələblərdən sonra 2017-ci ilin aprel ayında tətbiq etdiyi yeni qanunla narkotika ilə bağlı cinayətlərdə cəzaları yüngülləşdirdiyini bəyan etmişdi. O dövrdə İranda Ədliyyə Şurasının Rəhbəri Ayətullah Sadiq Laricani hakimlərə narkotik cinayətləri ilə edama məhkum edilmiş şəxslərin işlərinə yenidən baxılması ilə bağlı təlimat vermişdi.
İranda terror, cinayət, təcüvüz, silahlı soyğunçuluq və narkotika qaçaqmalçılığı cinayətlərinə görə edam cəzası nəzərdə tutulur.