23 Oktyabr 2019
Mətni dəyiş
Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.
Hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, N.Şahmarzadə 400 saat islah işlərinə məhkum edilib.
Xatırladaq ki, ötən proses xüsusi ittihamçının nümayəndəsi, vəkil Ramil Rüstəmov çıxış edərək məhkəmədən N. Şahmarzadənin 3 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra facebook profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib. Məhkəmə Milli Qəhrəmanın anasının şikayətini icraata götürüb.