Oktyabrın 29-da hüquq müdafiəçisi Oktay Gülalıyevi piyada keçidində avtomobil vurub.
Abzas xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində, "28 May" metrostansiyasının yaxınlığında baş verib. Videodan Hundai markalı ağ rəngli taksi fəaliyyəti həyata keçirdiyi görünən minik avtomobili 1972-ci il təvəllüdlü Oktay Güləliyevi vurub.Həkimlər bildirib ki, hüquq müdafiəçisinin vəziyyəti stabil-ağırdır. Onların sözlərinə görə, Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha sonra o, özəl xəstəxanaların birinə aparılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.