Həkimi: "Oqtay Gülalıyevin vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur"

Həkimi: "Oqtay Gülalıyevin vəziyyəti ağırdır, amma həyati təhlükəsi yoxdur"
31 Oktyabr 2019
Mətni dəyiş
[embed]https://www.facebook.com/AbzasMedia/videos/807711669648886/[/embed]

Oktyabrın 29-da Bakıda, 28 may metrosu ətrafında yolu keçərkən avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyev ağır vəziyyətdə Musa Nağıyev adına xəstəxanaya çatdırılmışdı.

Oqtay Gülalıyeva ilkin olaraq kimi beyin sümüyünün travması və beyin damarlarınında qansızma diaqnozu qoyulmuşdu və onun vəziyyəti stabil-ağır kimi qiymətləndirilirdi. Xəstə bundan sonra ilkin yardımlar almış və bir neçə dəfə kompyuter tomoqrafiyası edilmişdi.

Həkim Adil Qeybulla: Əməliyyat uğurla keçib

Daha sonra Gülalıyev özəl hospitalların birinə yerləşdirilib və orda onun beynndə neyrocərrahiyyə əməliyyatı keçirilib. Əməliyyatı jurnalistlər üçün şərh edən həkim Adil Qeybulla deyib ki, əməliyyat uğurlu keçib, əməliyyat zamanı baş-beyində olan sızmış qan boşaldılıb. A. Qeybullanın sözlərinə görə xəstə narkozdan ayıldıqdan sonra reanimasiyaya keçirilib və bir müddət reanimasiyada saxlanılacaq. Təxminən beş gün ərzində xəstənin kritik dövrü olacaq.

Adil Qeybulla həmçinin O. Gülalıyevin əlində tutulma ələməti olduğunu ancaq bunun sonradan reabritasiya yoluyla aradan qaldırıla biləcəyini deyib. Həkimin sözlərinə görə hal-hazırda O. Gülalıyevin həyati təhlükəsi yoxdur.

Səhiyyə Nazirliyi: Gülalıyevin müalicəsi nazirliyin nəzarəti altındadır

Səhiyyə Nazirliyi O. Gülalıyevin müalicəsi haqda bildirmişdi ki, "Zərərçəkənə kompüter tomoqrafiyası edilib. Həkimlər kəllə sümüyünün sınığı və beyin zədələnməsi diaqnozu qoyublar. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”

DİN Gülalıyevin avtomobillə vurulma anının videosunu yayıb

Digər tərəfdən bu gün Daxili İşlər Nazirliyi də hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtoqəza nəticəsinə ağır xəsarət alması barədə açıqlama yayıb.

Açıqlamada deyilir ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oktay Gülalıyev vurulub.

Hadisəni törədən sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Gülalıyev oradan “City Hospital”a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü K.Abdullayevin izahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

DİN həmçinin Oqtay Gülalıyevin avtomobillə vurulma anının videosunu da yayıb:

[embed]https://youtu.be/cx-8YAJ8364[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun