Gürcüstan prezidentinin saytı sındırılıb, Saakaşvilinin fotosu yerləşdirilib

Gürcüstan prezidentinin saytı sındırılıb, Saakaşvilinin fotosu yerləşdirilib
29 Oktyabr 2019
Mətni dəyiş

Bu gün, oktyabrın 28-də Gürcüstan prezidentinin rəsmi saytı və məhkəmələrin, yerli şuraların, qeyri-hökumət təşkilatlarının və media orqanlarının internet səhifələri kiberhücuma məruz qalıb.

Saytlara Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin fotosu və ingilis dilində “I’ll be back” (“Mən qayıdacam”) cümləsi yerləşdirilib. Bu barədə Jamnews saytı xəbər yayıb.

Hazırda prezidentin saytı normal vəziyyətə qayıtsa da, onun fəaliyyəti gün ərzində bir neçə saat dayanıb.

Kiberhücum nəticəsində “İmedi” və “Maestro” teleşirkətlərinin yayımı da dayanıb.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, prezidentin saytı tez-tez kiberhücuma məruz qalır və İT xidmət problemləri aradan qaldırmaq üçün çalışır.

Daxili İşlər Nazirliyi artıq Cinayət Məcəlləsinin kompüter sisteminə qanunsuz daxil olma və məlumatlara və / və ya kompüter sistemlərinə ziyan vurmanı nəzərdə tutan 284 və 286-cı maddələri ilə araşdırmaya başlayıb.

Kiberhücuma məruz qalan saytlar serv.ge serverində yerləşir. Şirkətdən bildirilir ki, qlobal şəbəkədə səhv qeydə alınıb və indi şirkət “qüsurların aradan qaldırılması rejimində” çalışır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun