Dünən, oktyabrın 27-də Gürcüstanda azərbaycanlıların "Salam" platformasının təşkil etdiyi 35 kilometrlik etno-velotur baş tutub.
Tur dörd məqsədlə təşkil olunmuşdu: Qardabani rayonunda azyaşlı şagirdinin qaçırılmasına etiraz etdiyi üçün yerli sakinlər tərəfindən bullinqə məruz qalan müəllim
Həmid Sadığa dəstək vermək, təbiətin qorunmasına diqqət çəkmək, mədəniyyətin kütləviləşdirilməsi üçün səylər göstərmək, Qardabani rayonunda yaşayan və üç ildir xərçəng xəstəliyindən əziyyət çəkən Eltaca dəstək vermək.
[caption id="attachment_83212" align="aligncenter" width="960"]
Gürcüstan azərbaycanlıları Qaracala kəndində demokratik yolla seçilmiş ilk müsəlman qadın Pərixanım Sofiyevanın məzarını ziyarət edərkən.[/caption]
Veloturda ictimai bullinqə məruz qalmış Həmid Sadıx müəllim də iştirak edib. Tur iştirakçıları turun başlanğıc nöqtəsində, dünyada yerli özünüidarəetməyə demokratik yolla seçilmiş ilk müsəlman qadın olan
Pərixanım Sofiyevanın məzarını ziyarət edərək əkil qoydular. İştirakçılara Pərixanım Sofiyevanın həyatı haqqında məlumat verilib.
Velotur iştirakçıları Rustavi şəhərində yerləşən zavodların yanından keçərək təbiət dostu olduqlarını vurğulayıblar.
Daha sonra iştirakçılar sufi-şair
Novruz Təhləlinin evini ziyarət edərək onun həyatı və yaradıcılığı ilə tanış olublar. Bundan başqa onun ev-muzeyinin yaradılması və təmiri haqqında iştirakçılara məlumat verilib.
Qardabaninin Qaracalar kəndindən başlanan etno-velotur Qardabaninin Kosalı kəndinə qədər davam edib. İştirakçılar Qardabanidə üç ildir xərçəng xəstəliyindən əziyyət çəkən 10 yaşlı Eltacı ziyarət edərək onu "Salam, Eltac" şüarı ilə salamlayaraq, ona öz dəstəklərini nümayiş etdiriblər. Sonda isə iştirakçılar Kosalı kəndində Aşıq Aslan Kosalının ev muzeyini ziyarət ediblər.