9 Oktyabr 2019
Mətni dəyiş
Bütün gürcülərin patriarxı II İlya Azərbaycan hökümətinə və Qafqaz Müsəlmanları idarəsinin rəhbərliyinə məktubla müraciət edib. O məktubunda Azərbaycanla sərhəddə razılaşdırılmamış ərazidə yerləşən David-Qareci monastır kompleksinin əvvəlki statusunun bərpa olunmasını rica edib.
Keçən həftənin bazar günü Gürcüstan-Azərbaycan sərhəddinin mübahisəli hissəsində demarkasiya işləri aparılıdığı ərəfədə Azərbaycan tərəfi burada "David-Qareci" kompleksini qorumaq üçün sərhəd zastavası tikib. Azərbaycan tarixçiləri buranı Qafqaz Albaniyasına aid olan ölkənin tarixi abidəsi adılandırıb.
II İlya həmçinin məktubunda yazır ki, "2019-cu ilə qədər gürcülərin rahatlılqa girdiyi Udabno və Çiçxitura monastırlarına 2019-cu ildən sonra faktiki olaraq zəvvarların, turistlərin və ruhanilərin girişi tamamilə qadağan edilib. Belə anlaşılır ki, gerçəklik bu qədər ildən sonra heç bir məntiqi səbəb olmadan dəyişilib və biz bu vəziyyətlə barışmayacağıq".
Bütün gürcülərin patriarxı həmçinin Gürcüstanın baş naziri Georgi Qaxariyaya, Xarici İşlər Naziri David Zalkalianiyə və Daxili İşlər Naziri Vaxtanq Qomelauriyə də Çiçxituri və Udabno monastırları ilə bağlı müraciət imzalayıb.
II İlya gürcü rəsmilərinə müraciətində tarixi yada salaraq 1936 və 1938-ci illərdə Udabo və Çiçxituri monastırlarının Sovet dövlət DTX-sının (NKVD) çap etdirdiyi xəritəsinə əsasən Gürcüstana verildiyini qeyd edib.
Xatırkadaq ki, Sovet hakimiyyəti dövründə hərbi poliqon kimi istifadə olunan David-Qareci monastır kompleskinin ərazisi 1991-ci ildə ətrafındakı digər torpaqlarla birgə boşaldıllıb. Azərbaycan tərəfi monastırın Gürcüstanla sərhəddən 25 km-ə qədər Azərbaycan torpaqlarının içlərinə doğru irəliləyən məsafədə yerləşdiyi üçün və Qafqaz Albaniyasının tarixi irsini yaşadan, sonradan gürcüləşdirilmiş monastr kompleksi olmasını əsaslandıraraq ərazinin Akstafa rayonuna aid olduğu deyir.