3 Oktyabr 2019
Mətni dəyiş
ABŞ prezidenti Donald Tramp bundan əvvəl Ukraynada korrupsiyanın miqyasının çox yüksək olmasını səbəb göstərərək bu ölkəyə hərbi yardımı dayandırdığını bəyan edib. Bu haqda Tramp Ağ evdə Finlandiya prezidenti Sauli Niiniste ilə görüşü zamanı açıqlayıb.
Tramp Vladimir Zelenskinin Ukraynada hakimiyyətə gəlməsinə qədər bu ölkədə "ağlagəlməz miqyasda korrupsiya" olduğunu, Ukraynanın dünyanın ən korrupsiyalaşmış ölkəsi olduğunu deyib.
"Bu ölkə faktiki olaraq dünyanın ən korrupsiyalaşmış ölkəsi sayılırdı. Mən də belə korrupsiyalaşmış ölkəyə pul vermək istəmirdim", - deyə Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə o respublikaçılar partiyasından olan Rob Portmanın müraciətindən sonra Ukraynaya yardımı dayandırmaq qərarına gəlib.
Həmçinin, Tramp deyib ki, Ukraynaya Vaşinqtrondan daha çox Avropa ölkələri yardım etməlidir.
"Mən ABŞ-ın pul verən yeganə ölkə rolunda çıxış etməsini nifrətlə qarşılayıram" - deyə Tramp bildirib.