Donald Tramp: "Türkiyəyə böyük sanksiyalar gəlir"

Donald Tramp: "Türkiyəyə böyük sanksiyalar gəlir"
15 Oktyabr 2019
Mətni dəyiş
ABŞ prezidenti Donald Tram Suriyadakı İŞİD-çilərin ABŞ-a problem yaratması üçün kürdlərin onları azad etdiyini yazıb. O həmçinin Türkiyənin Suriyadakı addımlarını dayandırmaq üçün Türkiyəyə sanksiyalar tətbiq edə biləcəklərini də bəyan edib.  Tramp bu haqda Twitter-dəki hesabında yazıb. O Suriyanın şimalindakı Suriya Demokratik Qüvvələrinin (SDQ) idarə etdiyi bölgədə keçirdiyi hərbi əməliyyatları qınayıb. Tramp son dəfə yazdığı statusunda, "Bir-biri ilə 200 ildir müharibə aparan insanların davasında iştirak etməyəcəyik. Avropanın İŞİD-çi məhbusları ələ keçirmək şansı var idi, amma maliyyəti üzərlərinə götürmək istmədilər. "ABŞ" ödəsin" dedilər". [embed]https://twitter.com/realDonaldTrump/status/1183702529403695104[/embed] Tramp həmçinin, "Kürdlər bizi döyüşlərə daxil etmək üçün İŞİD-çilərin bəzilərini azad ediblər. Türkiyə və ya Avropa ölkələrin çoxu o İŞİD-çiləri asanlıqla həbs edə bilərlər, amma onlar təcili hərəkət etməlidirlərlər". Tramp bundan əvvəl də Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırdıqlarını da dilə gətirib: "Türkiyəyə böyük sanskiyalar gəlir. İnsanlar həqiqətən Nato üzvü olan Türkiyə ilə müharibəyə girəcəyimizi düşünür. Əsla bitməyən müharibəyə girməyəcəyik" - deyə Tramp yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun