Çilidə xalq küçələrə çıxıb, metroda qiymət artımına etiraz edir

Çilidə xalq küçələrə çıxıb, metroda qiymət artımına etiraz edir
21 Oktyabr 2019
Mətni dəyiş

Çilidə oktyabrın 20-də başlayan xalq etirazı artıq on nəfərin ölümü ilə nəticələnib. Etirazlar üçün səbəb metrolarda qiymət artımı olub.

Çili prezidenti Sebastyan Pinera qiymət artımı ilə bağlı qərarı artıq ləğv etsə də etirazlar hələ də davam edir. Çili diktatoru Avqusto Pinoçetin dövründən bəri ölkədə ilk dəfə fövqəladə vəziyyət elan olunub.

Keçən həfətnin şənbə günü Çili höküməti metroda gediş haqqlarını 30 peso yəni 0,042 dollar artırıb. Mitinqlər ərəfəsində 1462 nəfər həbs olunub. Hökümət 62 polis və 15 dövlət məmurunun zədələndiyini bildirib.

Prezident Pinera televiziya ilə xalqa müraciətində deyib ki, güclü və amansız bir düşmənlə üz-üzədirlər.

"Mitinqçilər heç nəyə və heç kimə hörmət etmirlər, onlar hüdudsuz zorakılıq tətbiq edərək ölümlərə belə səbəb ola bilərlər, onların yeganə məqsədi daha çox zərər verməkdir".

Prezident həmçinin, etirazlara səbəb olan qiymət artımını ləğv etdiyini, ancaq buna baxmayaraq etirazların davam etdiyini də deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun