Boliviya Mərkəzi Seçki Komitəsi bazar ertəsi günü prezidnet seçkilərinin nəticələrini bəyan edib. Seçkinin nəticəsi kimi artıq dördüncü dəfədir prezidentlik yeri uğrunda mübarizə aparan Eva Moralesin səs çoxluğu ilə prezident seçildiyi bəyan edilib.
Açıqlamadan sonra müxalifət seçkidə səslərin oğurlandığı iddiası ilə küçələrə çıxıb.
Bazar ertəsi axşama doğru müxalif seçicilər Tarija və Sukre şəhərlərində seçki məntəqələrinə hücum edərək seçki qutularını və məntəqələri yandırıb. Boliviya MSK bazar günü axşam seçkilərdə namizədlərin kifayət qədər səs toplamadıqları üçün seçkilərin ikinci turunun keçiriləcəyinə vəd vermişdi.Seçkilərdən 24 saat sonra MSK Moralesi 46,85 faiz, rəqibi Karlos Mesanın 36,73 faiz səs topladığı üçün Moralesin qalibiyyətini elan etmişdi.
Jurnalitlərlə danışan müxalif lider Karlos Mesa deyib ki: "Xalq bu nəticəni qəbul etməyəcək. Hökümət çıxılmaz yola girib. Xalqın iradəsini ələ salırlar".