Belçika tarixində ilk dəfə hökümət başçısı qadın oldu

Belçika tarixində ilk dəfə hökümət başçısı qadın oldu
28 Oktyabr 2019
Mətni dəyiş
Belçika kralı Filip dünən ölkənin baş naziri vəzifəsinə Sofi Vilmesi təyin edib. Sofi Vilmes bundan sonra həm baş nazir həm də büdcə və dövlət xidməti üzrə nazir də olacaq. O Belçika tarixində ölkəni idarə edən ilk qadın rəhbərdir. Vilmesdən öncə baş nazir vəzifəsini "İslahatçı hərakat"ın başçısı Şarl Mişel tuturdu. Şarl Mişelsə Avropa Şurasında Belçika təmsilçisi seçildiyi üçün dekabrın 1-nə qədər baş nazir vəzifəsini boşaltmalıydı. Sofi Vilmes liberal dünya görüşünə sahib siyasətçidir.      

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun