Bu gün, oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsinin qarşısında Azadlıq qəzetinin əməkdaşı saxlanılıb.
Abzas xəbər verir ki, jurnalist məhkəmənin önündə mülkigeyimli şəxslər tərəfindən saxlanılıb, 90-OE-414 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobilə zorla otuzdurularaq naməlum istiqamətə aparılıb.
Jurnalist 19 oktyabr mitinqində həbs olunan AXCP fəallarının Apellyasiya Məhkəməsində iştirak etdikdən sonra, elə məhkəmənin önündə saxlanılıb.
Faktı Azadlıq qəzetindən təsdiqləyiblər. Qəzetin baş redaktoru Qənimət Zahid bildirib ki, Emin Maniyev peşə faəliyyətini həyata keçirdiyi üçün qanunsuz olaraq saxlanılıb.