Azərbaycan "David-Qareci"ni qorumaq üçün yeni sərhəd zastavası yaradıb

Azərbaycan "David-Qareci"ni qorumaq üçün yeni sərhəd zastavası yaradıb
7 Oktyabr 2019
Mətni dəyiş

Azərbaycan Gürcüstanla sərhəddəki "Keşikçiqala" silsiləsində (David-Qareci monastır kompleksi) yeni sərhəd zastavası yaradıb. Bu haqda məlumatı Azərbaycan Dövlət Sərhəd Xidməti yayıb.

Şəmkir Sərhəd Qoşunları bölüyünə bağlı olan sərhəd zastavasının açılış mərasimində Sərhəd Qoşunlarının rəhbəri general Elçin Quliyev iştirak edib.

Açılışda həmçinin deyilib ki, yeni sərhəd zastavasının açılışının bir səbəbi sərhəddləri qorumaqdırsa, başqa bir səbəbi isə azərbaycan xalqının milli-mədəni irsini qorumaqdır.

Xatırladaq ki, Gürcüstanla sərhəddə 850 metr yüksəklikdə yerləşən "Keşikçidağ" monastr kompleksi xeyli müddəti idi gürcü ulta-millətçi və dindarları tərəfindən Gürcüstan ərazisi adlandırılırdı və orda tez-tez insidentlər baş verirdi. Azərbaycan höküməti "Keşikçidağ"dakı monastr kompleksinin gürcü yox, alban mədəni irsinə aid olduğunu deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun