Oktyabrın 29-da ABŞ Nümayəndələr Palatası Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi 'Barış Pınarı' əməliyyatına görə sanksiyalar qanunu qəbul edib.
Bu barədə Euronews xəbər yayıb. Məlumata görə, qanun layihəsi Türkiyəyə bir çox sahədə sanksiyalar nəzərdə tutur. Həmçinin, prezident Receb Tayyip Erdoğanın, ailəsinin sərvəti və iş əlaqələrinin araşdırılıb hesabat hazırlanmasını da qəbul edilib.
Nümayəndələr Palatasında səsverməyə qoyulan layihəyə 16 konqresmen səs verməyib, 403 vəkili razılığı ilə qanun qəbul edilib.
Qanuna görə, ən gec 120 gün içində ABŞ dövlət katibinin maliyyə naziri və beynəlxalq təhlükəsizlik direktoru ilə koordinasiyalı şəkildə Türkiyə prezidentinin və ailəsinin sərvəti, maliyyə gəlirləri ilə bağlı araşdırmanın nəticələri Konqresə təqdim olunmalıdır.
Nümayəndələr Palatası Xarici Əlaqələr Komissiyası rəhbəri Elior Engel və Respublikaçı üzv Mike McCaul tərəfindən 17 oktyabrda təqdim olunan qanun layihəsi bəzi Türkiyə rəsmilərinə qarşı sanksiyaları nəzərdə tutur və Türkiyə ordusunun silah və maliyyə qaynaqlarına məhdudiyyətlər gətirəcək.
4695 nömrəi qanun layihəsi ABŞ prezidenti Donald Trampın Türkiyə müdafiə naziri Hulusi Akar daxil Suriyaya hərbi əməliyyatlarda rolu olan türk rəsmilərinə viza qadağası və sərvətlərinin dondurulması kimi tədbirlər həyata keçirəcək.
Bundan əlavə, qanun Trampa Türkiyə hökumətinə Rusiyadan aldığı S-400 raket kompleksləri ilə bağlı sanksiyalar tətbiq etməyi nəzərdə tutur.