245 nəfər vəkil olmaq üçün imtahan verəcək

245 nəfər vəkil olmaq üçün imtahan verəcək
29 Oktyabr 2019
Mətni dəyiş

Oktyabrın 31-də Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunmaq üçün növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək.

Bu barədə Vəkillərin İxtisas Komissiyasının açıqlamasında bildirilib. Məlumata görə, imtahanda 245 namizəd iştirak edəcək.

Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində təşkil olunacaq imtahan elektronlaşdırılmış qaydada həyata keçiriləcək.

Namizədlərdən şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməklə oktyabrın 31-də saat 09:00-da Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzinə gəlmələri xahiş olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun