“Hüquqlarını müdafiə etdiyim siyasi məhbus Əfqan Muxtarlı şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir".
Bu sözləri həbsdə olan jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli bildirib.
Vəkilin sözlərinə görə, sentayabr ayının əvvəllərində Penitensiar Xidmətin tibbi əməkdaşları onu müayinə etsə də, nəticələri barədə nə ona, nə də Ə.Muxtarlının özünə məlumat verməyiblər, yəqin ki, vəziyyəti çox ciddidir.
"Əvvəllər ölkə həyatı üçün əlamətdar günlərdə siyasi məhbuslarla bağlı geniş əfv fərmanının olacağı barədə qeyri hökumət təşkilatları, ictimai və siyasi fəallar, hətta hakimiyyət nümayəndələrin bəzi məlumatları cəmiyyətə sızdırırdılarsa da, indi bunlar da dəbdən düşüb".
Nemət Kərimli bildirir ki, bir neçə gündən sonra, oktyabrın 18-də Dövlət Müstəqilliyin bərpası günü qeyd olunacaq.
“Bu bayram münasibətilə Əfqan Muxtatlının və digər siyasi məhbusların azad edilməsi onun ailəsini, uşaqlarına bayram töhvəsi olardı. Bayram ərəfəsində bu məsələnin hakimiyyətin yadına salınması, ictimaiyyətin diqqətində saxlanılması yaxşı olardı” – deyə, Nemət Kərimli bildirib.