Yeni hökumət Ermənistanda xərçəng əməliyyatlarını pulsuz etdi

Yeni hökumət Ermənistanda xərçəng əməliyyatlarını pulsuz etdi
28 Yanvar 2019
Mətni dəyiş

Yanvarın 23-dən Ermənistan vətəndaşları artıq onkoloji əməliyyatların pulunu öz ciblərindən ödəməyəcək. Bu barədə açıqlamanı Ermənistan Səhiyyə naziri Arsen Torosyan bildirib.

Nazirin açıqlamasına görə, bu əməliyyatların xərci dövlət büdcəsi tərəfindən qarşılanacaq.

Buna qədər Ermənistanda onkoloji əməliyyatların yalnız bir hissəsini dövlət qarşılayırdı.

Nazir bildirib ki, yeni hakimiyyət müalicə xərclərinin ən azı bir hissəsini ölkənin sakinlərindən öz üzərinə götürməyə çalışır.

"Bu il bizim xərçəng xidmətləri üçün təxminən 700 milyon dram (təxminən 1,4 milyon dollar) var. Biz bu 700 milyonu nəyə sərf etməli olduğumuzu düşündük və müzakirələr nəticəsində qərara gəldik ki, biz vətəndaşların yükünü azaltmağa çalışmalıyıq".

Torosyanın sözlərinə görə, əvvəllər dövlət çox az sayda onkoloji əməliyyatların ödənişlərini edirdi. Bu sistemi "dövlət təminatlı tibbi yardım" adlandırmaq "məntiqsiz" idi.

2018-ci ilin aprel ayında Ermənistanda məxməri inqilab baş verib. Müxalifət lideri Nikol Paşinyan Sarkisyan hökumətini hökumətdən saldı və dekabr ayında yeni parlament seçkilərində böyük üstünlüklə qələbə qazanandan sonra hakimiyyətini möhkəmləndirdi.

Paşinyan vəzifəyə gəldikdən dərhal sonra Ermənistanda bir sıra radikal islahatlar keçirilməsini təklif edib.

  • Kiçik biznesdə olan vergiləri ləğv etmək,
  • Nazirliklərin və idarələrin sayını və vəzifəli şəxslərin saxlanılması üçün büdcə xərclərini azaltmaq,
  • Ermənistana sərmayə qoymaq istəyən sərmayəçilərə vergi imtiyazı vermək,
  • "İqtisadi monopoliyaları məhv etmək".

Eyni zamanda keçmiş SSRİ-nin bir sıra digər ölkələrində isə əksinə, xərçəng xəstəsi olan insanların müalicəsi tam və ya qismən xəstənin özü tərəfindən ödənilməli olduğu bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun