Venesuela parlamentinin sədri Juan Guaido yanvarın 23-də ölkənin müvəqqəti prezidenti elan edildi.
Parlamentin spikeri paytaxt Karakasda keçirilən çoxminlik mitinqdə özünü prezident elan etdi. Mitinqdən sonra Amerika qitəsindən bir çox ölkə Juan Guaido-nu prezident kimi tanıdığını açıqladı. Juan Guaido kimdir?Juan Guaido 28 iyul 1983-cü ildə Venesuelanın La-Quayra şəhərində doğulub. Atası pilot, anası müəllimə olub. 1999-cu ildə ştatda baş vermiş və 30 min nəfərin ölümünə səbəb olmuş torpaq sürüşməsi zamanı Quaydonun ailəsi sağ qalsa da, evləri dağılıb.
J.Guaido 2007-ci ildə Andres Bello adına Katolik Universitetinin sənaye mühəndisliyi fakultəsini bitirib. Daha sonra ABŞ-da Corc Vaşinqton Universitetində dövlət idarəçiliyi üzrə təhsil alıb.
Müxalifət lideri universitetdə oxuyarkən siyasətlə məşğul olmağa başlayıb. Özünün bildirdiyinə görə, 2007-ci ildə keçmiş prezident Hugo Chavez-ə qarşı etirazlar zamanı siyasi fəaliyyətə başlayıb. 2009-cu ildə Karakasın keçmiş meri Leopoldo Lopez-in liderlik etdiyi və sol-mərkəzçi partiya olan “Xalq İradəsi” partiyasına qoşulub.
[caption id="attachment_73270" align="aligncenter" width="1200"] 23 yanvar, paytaxt Karakasda mitinq, müxalifət lideri özünü prezident elan edir[/caption]2014-cü ildə həbs edilən Lopez-ə məhkəmə 13 il 9 ay həbs cəzası kəsdikdən (2017-ci ildən səhhəti ilə əlaqədar ev dustağı edilib) sonra o, tərəfdarlarını özündən 12 yaş kiçik olan Guaido-nun ətrafında birləşməyə çağırıb.
2010-2015-ci illərdə Juan Venesuela parlamenti deputatının müavini kimi çalışıb. 2015-ci ildə Varqas ştatından parlamentə deputat seçilib. O, prezident Hugo Chaves-in Konstitusiya dəyişiklikləri layihəsinə qarşı etiraz aksiyalarının təşkilatçısı olub, Maduro hökuməti ilə bağlı korrupsiya faktlarının təhqiqatını aparıb.
Prezident Maduro 2015-ci ildə keçirilmiş seçkilərdən sonra parlamentdə hakim çoxluğu itirib. Ona görə də 2017-ci ildə bu parlamenti buraxaraq, yeni Konstitusiyanın qəbulu üçün Qurucu Məclis yaradacağını elan edib. Müxalifət bu seçkini boykot edib və nəticədə yeni parlament tamamilə hakim partiya üzvlərindən ibarət olub.
2017-ci ildə buna etiraz edən və xalqı küçələrə çağıran müxalifət liderləri arasında Guaido da vardı. Bu etirazlar zamanı atılan rezin güllələrdən biri onun boğazına dəyib və izi hələ də qalır.
2018-ci ildə Venesuela müxalifətinin yaratdığı “Demokratik birliyin dəyirmi masası” koalisiyasının rəhbəri seçilib.
5 yanvar 2019-cu ildə Venesuela parlamentinin sədri seçilib. Yanvarın 13-də mitinqə gedərkən həbs olunsa da, az sonra azadlığa buraxılıb.
23 yanvarda Venesuelanın müvəqqəti prezidenti kimi and içib.