Türkiyə 53 min 99 suriyalıya vətəndaşlıq verib. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, həmin şəxslər Türkiyə vətəndaşı olmaq hüququ qazanıblar və martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səsvermədə iştirak edəcəklər.
S.Soylunun sözlərinə görə, bələdiyyə seçkilərinin təhlükəsizliyini547 min polis təmin edəcək.
2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra ölkədən didərgin düşən 3 milyon suriyalı Türkiyəyə sığınıb.