Təkbaşına aksiya keçirən gəncdən xəbər yoxdur

Təkbaşına aksiya keçirən gəncdən xəbər yoxdur
27 Yanvar 2019
Mətni dəyiş

Yanvarın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında təkbaşına etiraz aksiyası zamanı saxlanılan gənc fəal Rafael Hüseynzadənin taleyindən iki gündür xəbər yoxdur.

Cümü günü saat 17:00-a yaxın polisdən telefon edərək bildirib ki, onu Nəsimi Rayon Məhkəməsinə aparırlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında saxlanılan AXCP fəalları ötən gün axşam onu məhkəmə binasında görüblər.

Lakin R.Hüseynzadənin sonrakı taleyi məlum deyil. Görünür, AXCP-nin digər üç fəalı kimi, onu da inzibati qaydada həbs ediblər.

Polis və məhkəmələr gənc fəalın taleyilə bağlı məlumat vermirlər.

R.Hüseynzadə siyasi məhbusların azadlığa buraxılması tələbilə etiraz aksiyası keçirib. O, AXCP üzvü, təkbaşına etiraz aksiyaları keçirməklə tanınan Füzuli Hüseynovun oğludur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun