Siyasi məhbuslarla bağlı aclıq aksiyası davam edir

Siyasi məhbuslarla bağlı aclıq aksiyası davam edir
14 Yanvar 2019
Mətni dəyiş

Müsavat Partiyasının qərargahında bloger Mehman Hüseynovun və bütün siyasi məhbusların azad edilməsi tələbi ilə aclıq aksiyası davam etdirilir.

Aksiya iştirakçılarından biri, Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublunun verdiyi məlumata görə, ondan başqa daha 3 nəfər - Natiq İsrafilli, Sənubər Heydərova və Şamil Nəsirli aksiyanı davam etdirir.

Partiyanın qərargah-mənzilində aksiya yanvarın 7-dən davam edir. Amma Yaqublu hələ yanvarın 4-dən aksiyaya başlayıb.

Aksiya cəzaçəkmə müəssisəsinin əməkdaşını döymək barədə yeni ittiham irəli sürülməsinə etiraz olaraq dekabrın 26-da aclıq elan edən bloger Mehman Hüseynovla həmrəylik əlaməti olaraq keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun