'Siyasi məhbusların azadlığı naminə' aclıq aksiyası davam edir

'Siyasi məhbusların azadlığı naminə' aclıq aksiyası davam edir
17 Yanvar 2019
Mətni dəyiş

Müsavat Partiyasının mənzil-qərargahında "Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" tələbilə aclıq davam edir.

Aclıq iştirakçısı Xədicə İsmayılova bildirib ki, onunla yanaşı fəal Aygül Cəfərova, Zəfər Əhmədov (siyasi məhbus Fuad Əhmədlinin atası), Rafiq Baxışov (siyasi məhbus Orxan Baxışlının atası) və Rövşən Niftalızadə aclığı davam etdirirlər.

Hələlik fəalların səhhətində fəsad yaranmayıb.

Yanvarın 7-də Müsavat Partiyasının mənzil-qərargahında bloger Mehman Hüseynova dəstək olaraq aclıq aksiyası başlayıb.

M.Hüseynov koloniya əməkdaşının döyülməsi ittihamı ilə ona qarşı cinayət işinə etiraz olaraq dekabrın 26-dan aclıq edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun