“Səid Dadaşbəylinin dəstəsi” işi üzrə iki məhkum azadlığa çıxıb

“Səid Dadaşbəylinin dəstəsi” işi üzrə iki məhkum azadlığa çıxıb
15 Yanvar 2019
Mətni dəyiş

Yanvarın 15-də "Səid Dadaşbəylinin dəstəsi" işi üzrə 12 il azadlıqdan məhrum edilmiş Mikayıl İdrisov və Emil Möhbalıyev cəza müddəti başa çatdığına görə azadlığa çıxıblar.

Dəstənin üzvləri konstitusiya quruluşunun devrilməsinə hazırlıq, İran kəşfiyyatına işləmək, ölkədə şəriət rejiminin qurulması ittihamları ilə uzun müddətə mühakimə olunmuşdular.

Keçmiş MTN onlara qarşı İranla, beynəlxalq sünni radikal birləşmələri, hətta İsrail ilə əlaqələrə dair ittihamlar irəli sürmüşdü.

Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıblar.

Bu iş üzrə keçənlərin bir çoxu, o cümlədən S.Dadaşbəyli hələ də həbsdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun