Son iki həftə ərzində Rusiya prezidenti Vladimir Putinə etimad 3 faiz azalaraq 33,4 faizə düşüb.
Bunu “Ümumrusiya İctimai Rəy Tədqiqatlar Mərkəzi”nin yanvarın 9-13 arası keçirdiyi sorğunun nəticələri göstərir.
AzadlıqRadiosunun məlumatına görə, mərkəz sorğunun nəticələrini yanvarın 18-də açıqlayıb və bu, mərkəzin tarixində ən aşağı göstəricidir.
Mərkəzin bildirir ki, 2018-ci ilin sonlarında pensiyaya görə yaş həddinin qaldırılması haqqında qanunun qəbulundan sonra Putinin reytinqi 35-37 faiz arasında hərəkət edirdi. Hansı ki, həmin ilin martında bu göstərici 55 faizdən çox idi.
Amma Mərkəz bildirir ki, bu o demək deyil ki, Rusiyalıların çoxu Putini istəmir.
Mərkəzin məlumatına görə, Putin yenə də ölkədə ən yaxşı siyasətçi hesab olunur və rəyi soruşulanların 62 faizi ümumilikdə onu dəstəkləyir.
Amma son vaxtlar bu göstərici də aşağı düşür.
Başqa bir agentlik- FOM-un (İctimai rəyin formalaşması faktorları) yanvarın 19-da açıqladığı məlumatına görə isə son ayda Rusiya hakimiyyətindən narazı qalan və ya hiddətlənənlərin sayı artaraq 54 faizə çatıb.
Hansı ki, bu göstəriciötən ilin mayında 36 faiz idi.