Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri postuna təyin edilməsi haqqında sərəncam imzalayıb.
Ermənistan Konstitusiyasına əsasən yeni seçilən parlamentdə baş nazir seçilməyib.
Belə ki, parlamentdə üstünlüyü qazanan siyasi qüvvə öz namizədini irəli sürür və bundan sonra prezident onu təsdiqləyir.
Bildirilib ki, o, 15 gün ərzində Ermənistanın yeni hökumətini formalaşdırmalıdır. Yeni kabinet parlamentdə təsdiqləndikdən sonra fəaliyyətə başlayacaq.
Ötən ilin dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku 70,43% (884456) nəticə ilə qalib gəlib.
İkinci yeri "Çiçəklənən Ermənistan" Partiyası tutub - 8,27% (103824). Partiya lideri Qagik Sarukyan dəfələrlə Paşinyanı dəstəkləyib.
Paşinyanın "İşıqlı Ermənistan" Partiyasının timsalında tapdığı müttəfiqi 6,37% (80024) səslə üçüncü yerdədir.
Digər siyasi qüvvələr Ermənistan Milli Məclisində təmsil olunmaq üçün zəruri baryeri keçə bilməyiblər.