Böyük Britaniya Nazirlər Kabinetinin üzvləri baş nazir Tereza Meyi "Brexit" ilə əlaqədar kütləvi istefalarla hədələyiblər.
Bu barədə Britaniyanın "The Telegraph" qəzeti yazıb.
Məlumata görə, nazirlər bəyan ediblər ki, İcmalar Palatasının deputatlarına müqavilə olmadan "Brexit"in həyata keçirilməsini dayandırmaq üçün cəhd göstərmək qadağan olunacağı təqdirdə istefaya getməyə hazırdılar.
Məqalədə qeyd olunub ki, təxminən, 20 nazir hökuməti tərk etməyə hazırdır. Eyni zamanda, beş nazir birbaşa Meyə istefaya getmək planını açıqlayıb.
Yanvarın 15-də İcmalar Palatasının nümayəndələri Brüssel ilə razılaşdırılmış sazişi təsdiq etməyiblər.
Ondan sonra Britaniya Parlamentində baş nazirə qarşı etimadsızlıq səsverməyə çıxarılıb, amma təklif səsvermədən keçməyib.