Mitinqdən əvvəl saxlanılan müsavatçı fəala 15 sutka həbs cəzası verilib

Mitinqdən əvvəl saxlanılan müsavatçı fəala 15 sutka həbs cəzası verilib
20 Yanvar 2019
Mətni dəyiş

Bu gün Binəqədi Rayon Məhkəməsi Müsavat Gənclər Təşkilatının fəalı Elman Quliyevə 15 sutka həbs cazası verib.

Bu barədə partiyanın mətbuat xidmətindən açıqlama yayılıb.

Məlumatda deyilir ki, Elman Quliyev yanvarn 18-də Müsavat Partiyasının qərargahı yaxınlığında təqribən 10 nəfər polis tərəfindən saxlanılıb.

"Saxlanılan zaman müsavatçının əlində 19 yanvar mitinqində qaldırılması nəzərdə tutulan plakatlar olub.

Plakatların üzərində “Bu vətən bizimdir!” şüarı və siyasi məhbusların şəkilləri olduğu bildirilir.

Yanvarın 19-da Milli Şuranın təşkilatçılığı, Müsavat və Real partiyalarının, müxalif fəalların dəstəklədiyi "Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq" mitinqi keçirilib.

AXCP sədri Əli Kərimlinin bildirdiyinə görə, aksiyadan əvvəl bir qrup müxalifətçi fəal polis tərəfindən saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun