Mehman Hüseynova dəstək aksiyasında həbs edilən cəbhəçilərin cəzası azaldılıb

Mehman Hüseynova dəstək aksiyasında həbs edilən cəbhəçilərin cəzası azaldılıb
24 Yanvar 2019
Mətni dəyiş

Yanvarın 23-də Salyan Rayon Məhkəməsi inzibati qaydada həbs edilmiş AXCP üzvlərinin apelyasiya şikayətinə baxıb.

25 sutka inzibati cəza alan AXCP Salyan rayon şöbəsinin üzvü Əlizamin Salayevin həbs müddəti 7 gün azaldılıb. 20 sutka cəza alan Tariyel Məlikzadənin həbs müddəti 4 gün azaldılıb.

Bloger Mehman Hüseynova dəstək aksiyasi keçirdikləri üçün rayon məhkəməsi yanvarın 11-də onları İnzibati Xətalar Məcəlləsinin (İXM) 513.1 (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında”) maddəsi ilə ittiham etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun