Məhəmməd Əmin Rəsulzadənin yeni barelyefində səhvə yol verilib

Məhəmməd Əmin Rəsulzadənin yeni barelyefində səhvə yol verilib
26 Yanvar 2019
Mətni dəyiş

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20-ci illər) banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsində anadan olduğu evdə yeni barelyef qoyulub.

Üzərində M.Rəsulzadənin təsviri olan barelyefdə yazılıb: "Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının banisi Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olub".

Yeni memorialın qoyulmasına səbəb yanvarın 15-də əvvəlki bürünc barelyefin oğurlanmasıdır. Polis şübhəli bilinən iki nəfəri saxlayıb. Onlar barelyefi hissələrə bölərək metal qəbulu məntəqəsinə satıblar.

Ancaq yeni barelyefdə ilk respublikanın adı təhruf edilib. O, Azərbaycan Xalq Cümhuriyyəti adlanırdı.

Məhəmməd Əmin Rəsulzadə müsəlman Şərqində ilk cümhuriyyəti elan etmiş Milli Şuranın rəhbəri olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun