Britaniya Milli Cinayətkarlıq Agentliyi Azərbaycan Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevadan dəyəri 1 milyon funt-sterlinqdən (2,1 milyon manat) çox olan brilyant üzük müsadirə edilib.
Bu barədə Britaniyanın “The Telegraph” məlumat yayıb.
Sözügedən 8,9 karatlıq “Cartier” üzüyü Cahangir Hacıyev tərəfindən səkkiz il əvvəl Londonun məşhur “Harrods” univermağından alınıb.
Məlumata görə, Zinət əşyası zərgərlər tərəfindən restavrasiya olunan zaman Böyük Britaniya Milli Cinayət Agentliyinin əməkdaşları tərəfindən müsadirə edilib.
Agentlik əmindir ki, bu üzüyün alınması üçün sərf olunan maliyyə mənbəyi növbəti araşdırmaların aparılmasını tələb edəcək.
MCA Hacıyevlər ailəsi ilə bağlı 2018-ci ilin əvvəlindən araşdırmalara başlayıb. Həmçinin, agentlik ailənin 15 milyonluq Naytbricdəki villasının və 10.5 million funt-sterlinq dəyərində qolf klubunun necə alındığını müəyyənləşdirməyə çalışır.
[caption id="attachment_72522" align="aligncenter" width="1000"]
Agentlik təhqiqatçıları idea edir ki, xanım Hacıyeva 35 müxtəlif kredit kartından istifadə etməklə alış-veriş edib. Hətta bu əməliyyatlar zamanı 150 min funt-sterlin dəyərində bir zinət əşyası da alıb.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Britaniyanın paytaxtı Londonda saxlanılıb.
55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (Unexplained wealth orders, UWO)çərçivəsində həbs olunub. Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.
Ötən il noyabrın 8-də isə Z.Hacıyeva zaminə buraxılıb.