İlham Əliyev və Nikol Paşinyan görüşüb

İlham Əliyev və Nikol Paşinyan görüşüb
23 Yanvar 2019
Mətni dəyiş

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

"Davosda İlham Əliyevlə qeyri-rəsmi görüş keçirildi. Müzakirə prosesində mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi apardıq. Görüş təxminən bir saat davam etdi," Nikol Paşinyan Facebook səhifəsində yazıb.

Müzakirə prosesində mövcud vəziyyət və gələcək müzakirələr barədə fikir mübadiləsi apardıq.

Nikol Paşinyan, Ermənistanın baş naziri

Öz növbəsində, AZƏRTAC dövlət agentliyi də iki ölkə rəhbərinin qeyri-rəsmi görüşü barədə məlumat yayıb.

"Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib", agenlik qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun