“Gürcüstanın məqsədi NATO və Avropa İttifaqına üzv olmaqdır”

“Gürcüstanın məqsədi NATO və Avropa İttifaqına üzv olmaqdır”
23 Yanvar 2019
Mətni dəyiş

“NATO-ya üzv olmaq Gürcüstanın əsas arzusudur və biz bu istəyə tam sadiqiq”.

Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze ABŞ-ın “CNBC TV” kanalına müsahibəsində deyib.

O bildirib ki, Gürcüstan əhalisinin böyük əksəriyyəti NATO-ya inteqrasiyanı dəstəkləyir: “Gürcüstan NATO və Avropa İttifaqına üzvlüyü məqsəd kimi görür. Son illərə nəzər yetirsək, görərik ki, Gürcüstan bu yolda böyük uğurlar əldə edib. Ötən il Brüsseldə konfrans zamanı NATO bir daha təsdiq etdi ki, Gürcüstan nə vaxtsa Alyansa üzvü olacaq. Buna görə də biz dəstək almışıq və NATO ilə münasibətlərimizi yeni səviyyəyə qaldırmaq istəyirik”.

M.Baxtadze qeyd edib ki, Gürcüstanın məqsədi regionda iqtisadi qovşağa çevrilməkdir: “Gürcüstan coğrafi mövqeyi baxımından iqtisadi hab olmağa “təbii namizəd”dir. Ölkəmiz dənizə çıxışı olmayan səkkiz ölkə üçün darvaza rolunu oynayır. Bu ölkələrin əhalisi 100 milyon insana yaxındır və dünyanın ən sürətlə inkişaf edən istehlakçı bazarlarıdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun