Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı 17-yə çatıb

Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı 17-yə çatıb
15 Yanvar 2019
Mətni dəyiş

Gürcüstanın Qori şəhərində 48 yaşlı kişi "donuz qripi" adlandırılan A (H1N1) virusundan ölüb.

Həmin şəxsdə digər xəstəliklər, həmçinim C hepatiti də olub. Bununla qonşu ölkədə "donuz qripi"ndən ölənlərin sayı 17-yə çatıb.

Bununla əlaqədar, Gürcüstan hakimiyyəti məktəblərdə və bağçalarda tətil elan edib. Hazırda stasionar şəkildə qrip virusu ilə yüzlərlə insan müalicə alır və onlardan 42-sinin vəziyyəti ağırdır.

Son statistikaya görə, Gürcüstanda hər 100 min nəfərdən 256-sı "donuz qripi" virusuna yoluxub.

"Donuz qripinə" qarşı "Tamiflyu" preparatı isə artıq bütün ölkədə var və çatışmazlıq yaşanmır. "Donuz qripi" diaqnozu dəsdiq edildiyi halda preparat xəstəyə pulsuz verilir.

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə virus epidemiya vəziyyətini almayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun