Cəbhəçi fəalların ikisi "sutkalıq" həbs olundu, üçü cərimələndi

Cəbhəçi fəalların ikisi "sutkalıq" həbs olundu, üçü cərimələndi
16 Yanvar 2019
Mətni dəyiş

Dünən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları bu gün məhkəmə qarşısına çıxarılıb.

Turan-ın məlumatına görə, dünən Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" işi üzrə məhkəmə prosesi ilə əlaqədar yığışan 12 AXCP fəalı saxlanılıb.

Sonradan 7 nəfər sərbəst buraxılıb.

Bu gün Nəsimi Rayon Məhkəməsi Nicat Abdullazadəni və Emil Səlimovu 20 gün inzibati həbsə məhkum edib, Nicat Nizamov, Şəmistan Həziyev və Emin Məniyev isə hər biri 200 manat cərimə olunub, xəbəri AXCP-dən veriblər. Onlar hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə təqsirli biliniblər.

Hüquq-mühafizə orqanları sözügedən AXCP fəallarının saxlanılması ilə bağlı şərh vermir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun