Baş redaktor həbsdə aclığa başlayır

Baş redaktor həbsdə aclığa başlayır
22 Yanvar 2019
Mətni dəyiş

“Realliq.info” saytının həbsdə olan redaktoru İkram Rəhimov yanvarın 21-dən müddətsiz aclıq aksiyasına başlayıb.

Bu barədə Meydan TV-yə danışan jurnalistin yaxınları bildirib ki, İkram Rəhimov aclıq aksiyasına ona qarşı sürülən ittihamlara etiraz əlaməti olaraq başlayıb:

“İkram Rəhimov Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə də bu haqda məlumat verib”.

İ.Rəhimov 2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. İ.Rəhimov ittihamları rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun